top of page

Cavid Səmədov 1987 –ci ildə Bakı şəhərində anadan olmuşdur.  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  məzunudur ( Azərbaycan)

Tələbəlik dövründə  opera ifacılarının   Bülbül adına  IV beynəlxalq müsabiqəsinin qalibi olduqdan sonra Qalina Vişnevskaya tərəfindən Moskvadakı Opera  ifası Mərkəzinə  dəvət edilmiş (Rusiya)  və orada öz ustalığının təkmilləşdirilməsinə  davam etmişdir. 

   Daha sonra  Javid Səmədov Azərbaycan  dövlətinin tam dəstəyi ilə təhsilini İtaliyanın Ozimo şəhərində yerləşən Musiqi Akademiyası və Pezaro şəhərində yerləşən  Tenato Tebaldi və Mario del Monako adına Musiqi Akademiyasında davam etdirmişdir.

 

    Təhsil müddətində Javid  Wilyam Matteutsi, Herriet Lauson, Lella Kuberli, Rayna Kabainvanska, Antonio Yuvarra, Alla Simoni, Mario Melani, Serjio Segalini,Tomas Hempson, Pyetro Spanyoli, Sintiya Forte, Verena Keller, Kristina Muti və Vinçenso da Vivo kimi sənətkarlardan ustadlıq dərsləri almışdır.

 

   Javid öz ifaçılıq karyerasına Azərbaycan dövlət opera və balet teatrında Jorj Bizenin “Karmen” operasında Eskamilyo partiyası ilə başlamışdır.

Javidin Avropadakı  debütü 2009-cu ildə  İtaliyanın Qubbio şəhərindəki Teatre Romanoda Q.Donisettinin “Məhəbbət eliksiri” operasında  Belkore partiyasının ifası ilə  baş tutmuşdur. 2010-cu ildə o,  İtaliyanın Osimo şəhərindəki “La Fenice” teatrında tamaşaya qoyulan  Q.Donisettinin  “Don Paskuale” operasında doktor Malatesta partiyasıni ifa etməklə öz işini tamaşaçıların mühakiməsinə vermişdir.

 

  Javid Səmədov Qəbələdə keçirilən  III və IV Beynəlxalq musiqi festivalının iştirakçısı olmuşdur.(Azərbaycan) 2010-cu ilin yayında  Azərbaycan Respublikasının Prezidentinin iştirak etdiyi festivalın təntənəli bağlanış mərasimində İngiltərənin Kral filarmonik orkestrinin müşaiyəti ilə Müslim Maqomayevin “Baharlı yurdum Azərbaycan” mahnısını ifa etmişdir. Həmin ildə Yunanıstanda keçirilən Azərbaycan mədəniyyəti günlərində Afina şəhərində Yunan milli orkestri ilə birgə çıxış etmişdir.

  

    2012-ci ilin may ayında İtaliyanın Ozimo şəhərindəki opera teatrında Volfqanq Amadey Motsartın “Sehrli fleyta”operasında Papageno partiyasını ifa etmişdir.

“2012-ci ilin iyun ayında İsrailin paytaxtı Tel-Əviv şəhərində Volfqanq Amadey Motsartın “Don Juan” operasında aparıcı rol olan Liporello partiyasını ifa etmişdir.

2012-ci ilin sentyabr-oktyabr aylarında Qazaxstanın paytaxtı Astana şəhərində “Qazaxstan” mərkəzi konsert zalında, Rusiyanın paytaxtı Moskva şəhərində “Crocus City Hall” zalında və  Bakıda Heydər Əliyev sarayında  Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmiş konsertlərdə iştirak  etmişdir.

 

   2012-2014-cü illərdə javid Səmədov Nyürnberq dövlət opera teatrının opera studiyasının solisti olmuşdur.Nyürnberq dövlət opera teatrının səhnəsində ifa etdiyi partiyalar:

-  V.A.Motsartın “Don Juan” operasında Mazetto partiyası

-  Umberto Jordanonun “Andre Şenye” operasında Ruşe partiyası

-   Antonin Dvorjakın “Su pərisi” operasında meşəbəyi partiyası

-   Bizenin “Karmen operasında Morales partiyası

-   Rixard Vaqnerin “Reyn qızılı” operasında Donner partiyası

-   V.A.Motsartın “Fiqaronun toyu” operasında Qraf Almaviv partiyası

-   Rixard Ştrausun “Arabella” operasında qraf domenik partiyası

-   Cüzeppe Verdinin “Traviata” operasında Baron Dufol partiyası

-   Cakomo C.Meyerberin “Qugenotlar” operasında gecə qarovulçusu partiyası

 

2013-cü ilin noyabr ayında Almaniyanın Dessau şəhərində A.Dvorjakın “Su pərisi” operasında meşəbəyi partiyasını ifa etmişdir.

 

2013-cü ildə “Opernwelt” beynəlxalq opera jurnalı Javid Səmədovu 2012-2013-cü ilin ən yaxşı gənc baritonu adlandırmışdır.

 

2014-cü ilin oktyabr ayında İsveçrədə keçirilən “Opernwerkstatt 2014” beynəlxalq müsabiqəsində iştirak etmiş, Zigrisvil,Tun, Bern habelə Surix şəhərindəki “Tonhalle” də  keçirilən konsertlərdə çıxış etmişdir.

 

2014-cü ilin noyabr ayında Neapol şəhərində San Karlo teatrında səhnələşdirilmiş  Rixard Ştrausun “Salomeya” operasında Kappodokiyalı partiyasını ifa etmişdir.

 

2015-ci ilin yanvar ayında Almaniyanın Dessau şəhərindəki Anhaltisches Theater- da səhnələşdirilmiş  Rixard Vaqnerin  “Reyn qızılı” operasında  Donner partiyasını ifa etmişdir.

 

2015-ci ilin noyabr ayında  İtaliyanın Modena şəhərində yerləşən Luçano Povarotti opera teatrında Nyürnberq opera teatrının səhnləşdirilməsi ilə  Rixard Vaqnerin “Tristan və İzolda” operasında Melot partiyasını ifa etmişdir.

 

2016-cı ilin yanvar ayında  Almaniyanın SWR  televiziya kanalının “Emmerich Smola Forderpreis” layihəsi üzrə Marko Kominin rəhbərliyi altında Almaniya radiosunun filarmonik orkestrinin iştirakı ilə “Gənc opera ulduzları” Qala konsertində iştirak etmişdir.

 

2015-ci və 2016-cı ilin iyun ayında Avstriyanın Ayzenştadt şəhərindəki Esterhazi qəsrinin səhnəsində Anna Netrebkonun hamiliyi ilə səhnələşdirilmiş S.Baneviçin “Qar kraliçası” operasında Troll və Quldur partiyalarını ifa etmişdir.

 

2011-ci ildə Azərbaycan mədəniyyətinin  inkişafı və təbliğində yüksək xidmətlərinə görə “İlin debütü” nominasiyası üzrə “Zirvə” mükafatına layiq görülmüşdür.

 

2011-ci ildə Azərbaycanın Prezident təqaüdçüsü  fəxri adına layiq görülmüşdür.

Cavid Səmədov  vokalçıların nüfuzlu beynəlxalq müsabiqələr laureatı və qalibidir:

-Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsi(Bakı,Azərbaycan) bu müsabiqələrin tarixində ən gənc qalib 1-ci yer   

-Roza Ponsel adına  X beynəlxalq müsabiqə-    1-ci mükafat laureatı (Matera,İtaliya)

-   Müslüm Maqomayev adına  vokalçıların I beynəlxalq müsabiqəsi (Moskva, Rusiya)

1-ci yer mükafatı laureatı

-    Vokalçıların beynəlxalq müsabiqəsi (Verona, İtaliya)- I mükafat

-  Vokalçılar müsabiqəsi (Boloniya, İtaliya) – “müsabiqənin ən gənc finalçısı” mükafatı

 

Son zamanlar Javid vokal üzrə müəllim kimi  pedaqoji fəaliyyətə başlamışdır.

( Nyürnberq, Almaniya)

 

O həmçinin Almaniya, İtaliya, Avstriya, İsveçrə, Rusiya, Qazaxstan, İsrail, Yunanıstan və Azərbaycanda opera tamaşalarında çıxış edir.

Ailəlidir.Bir oglu var.

Bioqrafya

bottom of page